English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Qan və onun orqanizmdə hərəkəti

Qan orqanizmimizin toxumalarından biridir. Bu xüsusi bir toxumadır, yəni durudur. Yaşa dolmuş insanın orqanizmində təxminən 61 qan vardır. Bəs görəsən, orqanizmdə qanın rolu nədən ibarətdir?

Qan damarlar vasitəsilə qida maddələrini bağırsaq vasitəsilə orqanizmin müxtəlif hissələrinə çatdırır və eyni zamanda, tullantıları toxumalardan böyrəklərə daşıyır. Bundan başqa, qan damarları ilə hormonlar və zəhərli maddələr ötürülür.

Əgər qanı şüşə qaba töksək və bir müddət saxlasaq, görərik ki, o, sarımtıl mayeyə və qırmızı çürünütyə ayrılır. Sarımtıl maye-plazma, qırmızı çürüntü isə qan hüceyrələridir. Əgər qana mikroskopla baxsaq, qırmızı qan hüceyrələrini-eritrositləri, ağ qan hüceyrələrini-leykositləri və xırda qan cisimciklərini-trombositləri görərik.

Qan hüceyrələri o qədər çoxdur ki, biz onları bir sıraya düzsək, bu zəncir Yer kürəsinin ətrafına 4 dəfə dolana bilər. Qan hüceyrələrinin hər birinin öz işi var. Qan ona görə qırmızıdır ki, onun tərkibində qeyri-adi piqment, rəng-hemoqlabin vardır.

Qanın rəngini qırmızı edən hemoqlobindir. Məhz hemoqlobin oksigeni bütün orqanizmə paylayır. Qan oksigeni hüceyrələrə verib, oradakı lazımsız karbon qazını götürərək ağ ciyərlərə çatdırır. Buna görə də qanımızda kifayət qədər eritrositin-qırmızı qan hüceyrələrinin olması çox vacibdir.

Ağ qan hüceyrələri isə leykosit adlanır. Bu hüceyrələr orqanizmi mikroblardan mühafizə edir.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *