English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Faydalı Hər şey daxil Maraqlı

Qarışqalar haqqında maraqlı faktlar

Qarışqaların boyu, ümumiyyətlə, 2–7 millimetr arasında dəyişir, ancaq dülgər qarışqa növünün boyu 4-5 santimetrə qədər ola bilər.

Hər qarışqa koloniyasında azı bir kraliça olur. Qarışqalarda iki mədə olur. Birində yeməyi özü üçün saxlayır, o biri isə digər qarışqalarla paylaşacağı “yemək anbarıdır”. Qarışqalar böcək növləri içində ən böyük beynə malikdir. Bəzi qarışqalar gündə yeddi saata qədər yata bilir. Qarışqalar yaşıl, sarı, qəhvəyi, qırmızı, mavi, hətta moruğu rəngdə olur. Bir qarışqa özündən 20 dəfə ağır olan yük qaldıra bilər. Yetkin qarışqa qatı yeməyi uda bilmir, onun şirəsini sormaqla qidalanır. Qarışqalar antenalarından təkcə toxunmaq üçün deyil, həm də iyləmək üçün istifadə edir. Kraliça qarışqanın qanadları olur. Başqa koloniya qurmaq üçün yuvadan ayrılan zaman onların qanadları düşür. Qara qarışqalar və taxta qarışqalarının iynəsi yoxdur. Onun yerinə formik turşu ifraz edirlər.

Tropik bölgələrdə yaşayan yarpaq kəsən qarışqalar iti çənələri ilə yarpaqları kəsir və yuvalarına daşıyır, lakin ondan qidalanmaq üçün deyil, göbələk çıxarmaq üçün istifadə edirlər. Göbələklərdən isə özlərinə lazım olan zülal əldə edirlər. Koloniyalarda iş bölgüsü olur. İşçi qarışqalar yuvadakı zibili çölə çıxarır, oradan da xüsusi zibilliyə aparır. İşçi qarışqa çöldə yemək qaynağı tapanda koloniyadakı qarışqalara xəbər vermək üçün xüsusi qoxu buraxır. Qarışqalar əsasən isti iqlimi olan yerlərdə yaşayır. Bir qarışqanın orta ömrü 45-60 gündür. Qarışqaların sürətli qaçmasını təmin edəcək uzun qıçları var. Onların ən böyük düşməni insanlardır.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *