English (US) Русский Azəricə Türkçe
Faydalı

Rahat avia uçuşlar üçün 11 məsləhət

Hamıya məlumdur ki, uzaq reyslərdə avia uçuşlar sizin səhhətinizə və zahiri görünüşünüzə mənfi təsir göstərə bilər. Təəssüf ki, son zamanlarda aviaşirkətlər öz xidmətlərini sərtləşdirməyə başlayıb. Ciddi təhlükəsizlik qaydaları, əl yükünəolan müəyyən ölçü və çəki tələbi, dar yerlər və yorğun bort əməkdaşları ilə yanaşı turistlər bəzən taleyin ümidinə qalır. Lakin buna baxmayaraq, səyahət edərkən,bir sıra məqamlara diqqət edərək təyyarənin salonunda vaxtın necə keçməsini heçhiss etməyəcəksiniz.

Susuzluq. Təhlükəsizlik qaydalarına görə, təyyarəyə su şüşəsi götürmək olmaz, lakin siz gömrük nəzarətindən keçdikdən sonra özünüzlə götürdüyünüz boş şüşəni su ilə doldura bilərsiniz. Çox vaxt təyyarənin salonunda kiçik plastik stəkanlarda təqdimedilən olan su kifayət etməyə bilər.

İstivə rahatlıq. Hətta əgər qızmar yay aylarında Misirə səyahət edirsinizsə,unutmayın ki, təyyarədə kifayət qədər sərin olur. Salonda verilən cod örtüklər isəsizə narahat edə biləcəyi üçün, özünüzlə yüngül sviter və ya jaket götürə bilərsiniz.

Rahatgeyim. Təbii liflərdən olan boş və rahat geyimlərə üstünlük verin.

Qayışlı səndəl. Çox oturmağınız səbəbindən ayaqlarınız, xüsusən də, uzun uçuşlar zamanı, şişə bilər. Belə hallarda qayışlarını zəiflətmək mümkün olan ayaqqabılara üstünlük verin.

Qulaqcıq. Əgər siz aviaşirkətin təklif etdiyi qulaqcıqlara görə ödəniş etmək istəmirsinizsə, özünüzlə şəxsi qulaqcıqlarınızı götürün və təyyarənin salonunda əyləncələrdənpulsuz zövq alın.

Bədənəqulluq. Təyyarənin salonunda yalnız orqanizm deyil, həm də dəri susayır. Bu səbəblərdən,özünüzlə dodaq balzamı, üz kremi və termal su götürməyi unutmayın.

Qəlyanaltı. Yüngül atışdırmalar üçün özünüzlə ləpə, alma və ya şokolad götürə bilərsiniz.

Nəmsalfetlər. Yeməkdən əvvəl əllərinizi təmizləmək və ya uzun uçuşdan sonra təravətlənməküçün nəm salfetlərdən istifadə edin.

Mütaliəyə əyləncə. Təyyarədə hətta çox yorulmağınıza baxmayaraq bəzən yuxuya gedə bilmirsiniz. Bu halda elektron kitablar və ya planşetdə müxtəlif oyunlar sizin köməyinizə çatacaq.

Rahatlığınız üçün yuxu maskasını, rahat tərlikləri, hava ilə doldurulan yastığı da unutmayın.

Qələm. Bu əşya miqrasiya kartlarını doldurmaq üçün sizin köməyinizə çatacaq.

Yuxarıda qeyd edilən bütün məqamlardan əlavə, oteliniz barədə bütün məlumatların və üstünüzdəlazımi məbləğdə pulunuzun olmasına əmin olun.