Rus zadəganlar 5 əsr türkcə danışıb – Rus tarixçi

XI-XVI əsrlər rus aristokratiyası türk dilində danışıb. Bu yüksək təbəqəyə aidliyin qaydalarından sayılırdı. Həmin dövrdə bu dili tatar dili adlandırsalar da, elə eynilə türk dili idi.

Kult.az xəbər verir ki, bu sözləri Rusiya telekanallarından birində yayımlanan proqramda rusiyalı tarixçi, tarix elmləri namizədi Vadim Rudakov deyib.

Onun sözlərinə görə, hətta hər kəsə çox yaxşı tanış olan Monomax papağı da araxçının bir neçə dəfə şəklini dəyişməsi ilə yaranıb.

Türk dilinin qədimliyi barədə danışan alim bildirib ki, Qızıl Orda və ondan əvvəlki dövrlərdə rus aristokratiyası qıpçaq dilində danışıb.

“Monqol imperiyasının da dili türk dili olub. Öz dövründə bu dövlət ən qüdrətli və zəngin dövlət kimi tanınıb. Bu dili Rusiyada qıpçaq dili kimi tanıyırlar. Avropada qıpçaqları “kumanlar” adlandırıblar. Hətta məşhur Petravets kitabxanasında “Kodeks-Kumanikus” adlı sənəd saxlanılır. Burada sözlər 3 dildədir: kuman (qıpçaq), latın və fars. Bu lüğətə əsasən belə nəticəyə gəlmək olar ki, müasir türk dilləri o dövrlə müqayisədə çox dəyişib”, – tarixçi bildirib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17