English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Maraqlı

Rusiyada qılıncdişli maral ilk dəfə videoya düşüb – VİDEO

Rusiyanın Primorski diyarının “Bəbir torpağı” milli parkında ilk dəfə olaraq qılıncdişli maral fototələ vasitəsi ilə qeydə alınıb.

Ailetravel.net report.az-a istinadən bildirir ki, bu barədə parkın mətbuat xidməti məlumat yayıb.

Maralların bu növü Primorskidə yaşayan dırnaqlıların nümayəndələrindən ən qeyri-adisidir.

“Bu növün erkək nümayəndələri qılıncvari çıxıntıdan qovma zamanı dişi marallar uğrunda mübarizədə istifadə edirlər. Bəzən yara o qədər ciddi olur ki, məğlub olan maral ölür”, – deyə milli parkın elmi işçiləri bildiriblər.

 Buna baxmayaraq, maral yalnız bitkilərlə qidalanır. Kabarqaların milli parkda sayı o qədər də çox deyil.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *