English (US) Русский Azəricə Türkçe

Rusiyada turistlərə vergi tətbiq edilməsi təklif olunur

Rusiya Maliyyə Nazirliyi Vergi Məcəlləsinə hotel vergisi əlavə etməyi planlaşdırır. Yeni verginin 2023-cü il yanvarın 1-dən sonra bütün şəhər və bələdiyyələrdə tətbiq olunacağı gözlənilir.

Ailetravel.net Rusiya KİV-inə istinadən xəbər verir ki, hotel vergisi hazırda Rusiyanın dörd regionunda eksperiment olaraq istifadə edilən kurort ödənişini əvəz edəcək.

Yeni verginin tətbiqi yalnız kurort zonalarında yox, həm də digər məkanlarda yerləşən hotellərin və digər yaşayış obyektlərinin vergiyə cəlb olunması ilə yerli büdcələr üçün əlavə gəlir mənbələri yaratmağın zəruriliyilə bağlıdır.

Yığım stavkasını yerli özünüidarəetmə orqanları müəyyən edəcək, ancaq gündəlik adambaşına 100 rubldan artıq ola bilməz. Eyni zamanda vergi dərəcəsi mövsümdən, hotelin kateqoriyasından və yerləşdiyi yerdən asılı olaraq fərqlənə bilər.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *