English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Hər şey daxil Maraqlı

Səhra tısbağaları

Səhra tısbağaları cənub-qərbi Amerika və şimal-qərbi Meksika səhralarında yaşayırlar.

Təxminən 50-80 il yaşayan səhra tısbağaları yavaş böyüyür və artım səviyyələri də zəif olur.

Yeni doğulmuş səhra tısbağaları dərhal özləri üçün yemək (çiçək, ot) axtarışına çıxırlar. Hələ çox balaca olmalarına baxmayaraq, bala səhra tısbağalarının bədənləri istiliyə və digər çətinliklərə tab gətirə biləcək qədər güclü olur.

Yay aylarında tısbağaların olduğu bəzi ərazilərdə istilik dərəcəsi hətta 140 dərəcə olur. Şiddətli istidən qorunmaq üçün tısbağalar güclü ön qolları və iti dırnaqları ilə torpağı qazıb özləri üçün sığınacaq düzəldirlər. Bu sığınacaqlardan bəzilərinin uzunluğu 9 metrə çata bilir. Bu sığınacaqların içərisi isə hər zaman tısbağalarla dolu olur. Təxminən 25 səhra tısbağası bir sığınacağa yerləşə bilir.

Səhra tısbağalarının ən fəal olduğu vaxtlar mövsümi yağışlar vaxtıdır. İlin digər vaxtlarında bu tısbağalar, demək olar ki, hərəkətsiz olurlar. Bu hərəkətsizlik onlara isti yay aylarında bədəndəki suyun miqdarını qoruyub saxlamağa kömək edir. Qışda isə məhdud yem ehtiyatları olduğu üçün hərəkətsizlik həyatda qalmaq üçün onların köməyinə gəlir. Səhra tısbağaları gündəlik su, duz, enerji ehtiyatında balanssızlıqla qarşılaşsa da, buna tab gətirmə gücləri var. Bu isə onların ömürlərini artırır.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *