Şortik geyinən turist məşhur restorana buraxılmadı – Bakıda

0
82

Paytaxtda yerləşən “Beerbaşa” restoranı şortikdə olan turisti içəri buraxmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Orxan Səfərli məlumat paylaşıb. Onun sözlərinə görə, restoranda dress kod tələbi var imiş. Buna baxmayaraq, pub-a belə bir tələbin qoyulmasının doğru olmadığı vurğulanaraq tənqid edilib.

“Qafqazinfo” məsələ ilə bağlı restoranla əlaqə saxlayıb. Bildirilib ki, restoranda dress kod tələbi var. Belə ki, bura idman şortikində giriş qadağandır. Bu tələb həm qadınlara, həm kişilərə, həm də azyaşlılara aiddir.