English (US) Русский Azəricə Türkçe
Maraqlı Şimali Amerika

Şüşəli çimərlik

Şüşəli çimərlik (Glass Beach) Kaliforniyada, Fort-Breqq sahil şəhəri yaxınlığında, Makkerriçer Milli parkında yerləşir.

Çimərliyi digərlərindən fərqləndirən cəhət sahilin qum, çınqıl yerinə şüşə daşlarla dolu olmasıdır.

Buna səbəb vaxtı ilə yerli sakinlərin buranı zibilxana kimi istifadə etməsi olub. Əhali bura  şüşə, texnika və hətta köhnə nəqliyyat vasitələrini atırdı. 1967-cı ildə hökumət çimərliyi bağladı və ərazini təmizləmə proqramları həyata keçirdi. Nə qədər təmizlənsə də, okeanda olan şüşə parçaları dalğalar vasitəsilə sahilə geri qayıtdı. Lakin bir neçə onilliklər ərzində ekosistemin özünü bərpa etmə refleksi sayəsində külək, yağış və dalğaların təsiri ilə şüşə parçaları aşılanaraq adi daş şəklini aldı.

 

2002-ci ildə keçmiş tullantı ərazisi milli park ərazisi elan edildi və bura zibil atmaq qadağan olundu. Artıq çimərliyin təmizliyi ilə insanlar özləri maraqlı oldular. Sahil dəfələrlə təmizləndı. Zaman keçdikcə bölgə turist axınına məruz qaldı. Turistlərə çimərlikdən daş toplamaq qadağandır. Qadağan edilmənin səbəbi daşların məhdud sayda olmasıdır. Müxtəlif mənbələrə görə, sahil min il sonra adi qumlu çimərliyə çevriləcək.