English (US) Русский Azəricə Türkçe
Canlı Aləm

TƏBİƏTDƏ NADİR BAŞ VERƏN HADİSƏ: ŞİMPANZELƏR ÖZ LİDERLƏRİNİ ÖLDÜRÜB

Qərbi Afrikada bir şempanze qrupu öz liderini öldürərək yeyib

Alimlər nadir rastlanan bu hadisə ilə bağlı araşdırmalar etməyə başlayıb. International Journal of Primatology adlı akademik jurnal belə bir hadisənin meymunlar arasında sayca 9. olduğunu bildirib.

ABŞ-ın İowa Universitetinin müəllimi Jill Pruetz, şimpanzelərin öz tayfalarından birini öldürərək yeməsinə şahidlik etməsini “xoş olmayan” hiss olaraq izah edir. Onun dediyinə şimpanzelərin bir birini öldürməsi tez-tez görünən bir hadisə olduğunu ancaq eyni qrupda olanların bir birini öldürməsi isə təbiətdə nadir baş verən hadisə olaraq izah edir.

şimpanzeÖldürülən Fudoko adlı şimpanzenin, Fongoli adlanan və 30 üzvü olan tayfanın keçmiş lideri olduğu və həmin dövrdə qorxulu vədespot bir fiqur olduğu müəyyən edilib.

Foudouko liderliyini itirdikdən sonra 5 il ərzində tək yaşayıb. Həmin dövrdə keçmiş dəstəsini kənardan izlədiyi və həmin qrupun bəzi üzvləri ilə əlaqədə olduğu düşünülür.

Alimlər üçün təəccüblü olan başqa bir hadisə isə həmin meymunun uzun müddət tək yaşaya bilməsidir. Şimpanzelərin öz dəstələrindən qopduqdan sonra uzun illər yaşaya bilmədikləri və tez öldükləri bilinir.

İnsanların təbiətə mənfi təsiri

Hadisəni araşdıran alimlər, meymunların niyə öz keçmiş liderlərini öldürməsini araşdırarkən bir neçə məsələnin üstündə xüsusi ilə dayanır.

Foudouko’nun öldürülmə səbəbi olaraq cütləşmək üçün rəqabət və ya iqtidar üçün gənc şimpanzelərlə yaşadıqları toqquşmanın əsas səbəb ola biləcəyini düşünürlər.

Başqa bir səbəb isə heyvanların yaşadıqları ərazilərin sürətlə azalması olaraq izah edirlər.

Ancaq Foudouko’nun təkrar qrupa daxil olmağa çalışması da öldürülməsinə səbəb ola biləcəyi düşünülür. Gənc şimpazelərin onu özlərinə qarşı təhdid olaraq gördükləri belə bir hadisənin baş verməsinə səbəb ola bilər.pahoo.az