English (US) Русский Azəricə Türkçe
Dünya Maraqlı

Təyyarə şəhərdə, binaların arasında uçdu – Sakinlər qorxdular – VİDEO

Avstraliyanın Brisben şəhərinin minlərlə sakini binaların arasında uçan təyyarəni görəndə bərk qorxublar. Xoflanmış sakinlər belə tryuku axmaqlıq və sarsaqlıq adlandırıblar.

Bəziləri isə olayı 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda yaşanmış faciəni xatırlatmağa vadar etdiyini söyləyiblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səbəb Avstraliyanın Kral Hərbi-Hava Qüvvələrinin (Royal Australian Air Force, RAAF) Boeing C-17 hərbi-nəqliyyat təyyarəsinin şəhərdə aviatryük gerçəkləşdirməsi olub.

Təyyarə “Sunsuper Riverfire” festivalı əsnasında Brisben şəhərinin mərkəzindəki Riverfeyr və Souz Benk səmtlərində uçub.

O, göydələnlərdən birinə çatanda binaya çarpılmamaq üçün sürətlə səmaya qalxıb.