English (US) Русский Azəricə Türkçe
Avropa

Tiranada bir gün-REPORTAJ

Albaniyanın paytaxtı Tiranaya getmək üçün Ohriddən 15 km aralıqda olan Struqa şəhərinə getdim. Taksi 1 avroya apardı. Bu Avropada gördüyüm ən ucuz taksi idi. 20 dəqiqəyə çatdıq Struqa avtovağzalına. Tiranaya gedən birinci avtobus saat 9:30-da çıxır, biletin qiyməti isə 12 avrodur. Onlayn almaq mümkün deyil. 45 nəfərlik böyük avtobusda 10-15 nəfər sərnişin var idi. Təxmini yarım saata sərhədə çatdıq. Sərhədçi zabit passportları yığdı və getdi.Azərbaycan vətəndaşları üçün Albaniyaya daxil olmaq vizasız və ödənişsizdir.

Albaniyaya girişdə və çıxışda pasporta möhür vurulmur. Təxmini 4 saat sonra Tiranaya çatdıq. Yolboyu mənzərələr çox əla idi.

 

Yol dağ şəlalələri və çaylarıilə əhatələnib.  Albaniyanın pulu lek adlanır, 1 avroya təxmini 130 lek düşür. Tiranada 1 gecə Hostel Taipei 101 Tirana -da qaldım, 8 avro idi. Qiymətə səhər yeməyi və limitsiz çay-kofe daxil idi. Bəyəndim bu hosteli. Vaxt az olduğu üçün dərhal şəhərə çıxmişdım ki, leysan başladı.

 

Təxmini yarım saat sonra yağış dayandı. Mərkəz meydanı keçib BunkArt2-ə girdim. BunkArt yeraltında yerləşən bunkerdə qurulan və kommunist rejiminin bütün üzünü göstərən bir sərgi-muzeydir.  Zamana görə qurulmuş üç dəhlizdə rejimə aid hər şeyi görmək mümkündür. İçəridə çox qəribə, vahiməli abu-hava yaradıblar.

 

Bunkerdən çıxandan sonra gecəyə kimi şəhəri gəzdim. Albaniya Makedoniya və Bolqarıstandan daha fərqli ölkədir, bunu arxitekturada da sezmək olur. IMAG6370Bəlkə də əsas səbəb 90-cı illərə kimi ölkənin qapalı olmalıdır. Bizdə olduğu kimi albanlarda da çörəyə böyük sevgi var 🙂 Çörək mağazaları çox idi.  Tirana kifayət qədər ucuz, maraqlı şəhərdir. Qidalanma və xidmət baha deyil. Köfte və dönər hər yerdə satılır 🙂Albaniyaya yayda getsəniz Adriatik dənizinin kurort şəhəri olan Durresə də baş çəkməlisiniz. Tarixi şəhər kimi isə Şköderi tövsiyyə edərdim. Tiranaya alternativ yol kimi İstanbuldan təyyarə ilə gələ bilərsiniz. Tripadvisordan tapdığım kafedə, adını unutduğum milli yeməklə Tiranada günümü sona çatdırdım. Tirana üçün 2-3 gün kifayətdir. Məni isə növbəti gün İstanbula biznes klassda uçuş gözləyirdi. Bu hadisə ilk dəfə olacaqdı deyə hətta həyəcanlanmışdım 🙂

Azər İsmayıl

azikiss.me

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *