English (US) Русский Azəricə Türkçe

Tülkülər kəndi

Yaponiyanın Miyaqi bölgəsində Dzao Kitsune Mura adlı kənd var. Kənd “Tülkülər kəndi” də adlanır.
Səbəbi, bu kənddə xoşbəxt, gülərüzlü tülkülərin yaşamasıdır.

Kənd, gümüşü tülkü, platinium tülkü və qızılı yapon tülküsü də daxil olmaqla, 6 cins müxtəlif tülkünün sığınacağıdır. 100-dən çox şirin tülkü bu yerdə məskunlaşıb.

Giriş haqqı pulludur. Tülkülər üçün yem əlavə 100 yenədir. Lakin buranın da öz qaydaları var. Nəzərə almaq lazımdır ki, tülkülər evcil deyillər. Buna görə də əraziyə uşaqların girməsi və tülküləri əllə qidalandırmaq qadağandır.

Yaponların bəziləri bu tülkülərin mistik qüvvəsinin olduğunu düşünür. Belə ki, yerlilər onları məhsuldarlıq, firavanlıq və düyü tanrısı Inari Okami Şintonun elçiləri hesab edirlər.
Ərazi açıq bölgədə yerləşir. Siz bu şirin, toppuş tülkülərlə yaxın təmasda ola bilər, hətta qucağınıza da götürə bilərsiz. Lakin, nəzərə alın ki, ətrafda nəzarətçilər olmur. Ona görə də hansı tülküyə yaxınlaşmaq, hansını əzizləmək barədə yaxşı düşünün.

About the author

Aile Travel

3 Comments

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *