Turistlərə görə qadın polislərə şortik geyinməyi əmr etdi – Video

0
79

Livanın Brumanna şəhərinin meri Pyer Açkar qadın polislərə turistləri cəlb etmək üçün qısa şortikdə gəzməyi əmr edib.

Merin sözlərinə görə, bu üsul daha çox qərb turistlərinin cəlb olunmasına kömək edəcək:

Polis qadinlar şortikdə

“Qərb ölkələrinin bizim haqqımızda olan düşüncələrini dəyişdirmək istəyirik. Aralıq dəniz ölkələrində turistlərin 99 faizi qısa şortiklərdə gəzir”.

Merin bu fəaliyyəti siyasi sferada kəskin etirazlara səbəb olub. Mühafizəkarlar Açkarı qadın polislərini lüzumsuz “soyundurmaq”da ittiham edirlər. Liberallar isə kişi polislərin tamamiylə qapalı geyindiyi halda, qadınların uniforma kimi qısa şortikdə gəzməsinə qarşı çıxıblar.