English (US) Русский Azəricə Türkçe
Avropa

Turistlər üçün ən təhlükəsiz ölkə müəyyənləşdi

Böyük Britaniyanın “Which?” İstehlakçılar Assosiasiyası səyahət üçün ən təhlükəsiz ölkələrin reytinqini tərtib edib.

Mütəxəssislər 20 ən populyar istiqaməti 4 göstəriciyə görə dəyərləndiriblər: cinayətkarlıq səviyyəsi, sağlamlığa təhlükə, terror aktları və təbii fəlakətlər ehtimalı. Bütün göstəricilərə əsasən ən təhlükəsiz ölkə İslandiya elan edilib.

İkinci pillədə BƏƏ-dir. Sonrakı mövqelərdə Sinqapur, İspaniya və Avstraliya qərarlaşıblar.

Turistlər üçün ən arzuolunmaz məkanlar isə Türkiyə və Cənubi Amerikadır. Bu ölkələrdə cinayətkarlıq səviyyəsi olduqca yüksəkdir, həmçinin viruslara yoluxma təhlükəsi də mövcuddur.