Türkiyəyə turpaketlərin qiymətləri bahalaşıb

Azərbaycanda bu yay turizm mövsümü üçün Türkiyəyə turpaketlərin qiymətləri ötən yayla müqayisədə bahalaşıb.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, artıma Türkiyə istiqamətinə marağın artması və bunun nəticəsi olaraq, Türkiyə hotellərində otaq nömrələrinin qiymətlərinin bahalaşması səbəb olub:

“Bu il Türkiyəyə Rusiya, Ukrayna və s. istiqamətlərdən güclü turist axının olacağı gözlənilir. Bu axınla əlaqədar artıq Türkiyənin bəzi hotellərində yay mövsümü üçün yer qalmayıb. Hotellərdə otaq sayı məhdud olduğu üçün qiymətlər bahalaşdırılıb”.

N.Bağırov Türkiyə hotellərində qiymətlərin 5-15 faiz civarında artdığını söyləyib. O, əsas artımın Türkiyənin Egey dənizi sahillərindəki kurort ərazilərində – Bodrum və Antalyadakı hotellərdə qeydə alındığını əlavə edib.

Assosiasiya sədri, Türkiyənin Azərbaycan turistlərinin yay mövsümü ərzində ən çox səfər etdikləri ölkə olduğunu da xatırladıb.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2018-ci ildə Türkiyəyə 858,5 min Azərbaycan turisti səfər edib. Bu da 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur. Ötən il ərzində Türkiyəyə səfər edən turistlərin 2,17 faizini azərbaycanlılar təşkil edib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17