English (US) Русский Azəricə Türkçe
Faydalı Maraqlı

Uzun səfərə necə hazırlaşaq?

Amerikada, okeanın o tayında heç vaxt olmamışdım və ora mənə həmişə maceralı yuxu kimi gəlirdi. Viza, bilet, qalacaq yer, daxili nəqliyyat biletlərini alandan sonra mənə geriyə iki məsələ qalırdı, 15 gün ərzində məni sığortalayacaq səfər sığortası və səfərə hazırlıq. Həmişə sığorta məsələsinə sərhəddən keçmək predmeti kimi baxırdımsa, bu dəfə bir qədər fərqli idi yanaşdım, çünki ABŞ və Kanadada tibbi xidmət həddən artıq bahadır və səfər zamanı nəsə olsa mən gərək mən səfərdən sonra 5-6 il borc ödəyim 🙂 Viza almaq xaric bütün məsələləri online etdiyim üçün sığortanı da onlayn almaq qərarına gəldim. Mənim araşdırmama əsasən Paşa Sığorta, Günay Sığorta və Atəşgah Sığorta şirkəti onlayn səyahət sığortası təqdim edir. Bu üç şirkətdən birini seçməli idim. Ən bahalısı Paşa Sığorta idi, onu dərhal siyahıdan çıxartdım. Atəşgah və Günay Sığorta arasında seçim etmək bir qədər çətin idi. Daha öncə iki dəfə Atəşgah sığorta ilə online sığorta etməyə cəht eləmişdim, amma hər ikisində uğursuz olmuşdu. Birinci dəfə edəndə online uğursuz oldu, zəng mərkəzləri ilə əlaqə saxladım, bir neçə saat sonra həll elədilər. İkinci dəfə isə bazar günü idi, onlayn edəndə son addımda təsdiqləmə uğursuz oldu, daxil etdiyim bütün məlumatlar silindi, zəng mərkəzi də ən tezi bazar ertəsi edə biləcəklərini dedilər. Bazar ertəsi isə yola düşürdüm. Beləcə çox pis vəsiyyətə qoydular məni. Son anda turizm firmasındakı tanışım sığortamı düzəltdi.  Günay Sığorta şirkətinin digər xidmətlərindən də heç vaxt istifadə etməmişdim, amma yoxlamaq istədim. Qiymət və keyfiyyətli xidmətə görə seçimim Günay sığorta oldu, Bakcell Ulduzum istifadəçilərinə 20% endirim də verirlər. Onlayn sistemləri əla işləyir, ilk öncə nömrənizi daxil edirsiniz, əgər sistemdə çətinlik filan olsa sizinlə özləri əlaqə saxlayırlar. 5 dəqiqəyə məsələ həll olundu. Sığorta məsələsini həll edəndən sonra səfərə üç gün qalmışdan başladım hazırlığa. Uzunmüddətli və maceralı səfər olduğu üçün dərin hazırlıq gördüm. İlk öncə balaca çamadanı seçdim, o həm salonda daşımaq, həm də baqaja vermək üçün əladır, 15 kq kimi əşya yerləşdirmək olar içinə.

  • İki ədəd power bank, bütün dünya ölkələrinə adaptasiya oluna bilən adapter
  • GoPro, iki ədəd 32 GB kart, 16 GB USB, mini USB to USB OTG, monopod, cam holder, qulaqlıq
  • Səyahət üçün yastıq (MiniSo dükanı, Metropark TM)
  • Bir ədəd nəzik, bir ədəd su keçirməz gödəkçə
  • Rahat ayaqqabı (Adidas sneakers, gün ərzində 10-20 km gəzinti üçün)
  • Bütün biletlər, qalacağım yerlərdən təsdiq sənədi, sığorta sənədi və s. bütün hamısını çap edib bir fayla saldım. (bunu həmişə edirəm)
  • Sakitləşdirici, ağrıkəsici, qripə qarşı dərmanlar
  • Qalan əşyalar ingilislər demiş “up to you” olduğu üçün bölüşmürəm.

Təxmini 12 saat uçuşda olacağım üçün, vaxtdan səmərəli istifadə eləmək üçün kitab və içi videolarla dolu 16 GB USB yaddaş kartı da götürmüşdüm, bu həm də telefon və GoPro kartında yer bitsə faylları bura kopyalamaq üçün idi. Uçuş haqqında gələn bloqpostda yazacam.

Azər  İsmayıl

azikiss.me