English (US) Русский Azəricə Türkçe
Dünya

Venesiya selə təslim oldu – Video

İtaliyanın Venesiya şəhərində aramsız leysan yağışı səbəbindən suyun səviyyəsi yüksəlib.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, suyun Venesiya adalarının yerləşdiyi Adriatik dənizinin səviyyəsindən 127 santimetr yüksəyə qalxdığı bildirilir.

Şəhərin bir çox küçələri və əsas meydanları su altında qalıb. Hərəkətin çətinləşdiyi küçələrdə turistlər çəkmə geyinmək məcburiyyətində qalıblar.

Məlumat üçün bildirək ki, sonuncu dəfə Venesiyada suyun səviyyəsi 2012-ci ildə yüksəlmişdi. Su səviyyəsi həmin vaxt 156 sm-ə çataraq son 20 ilin rekordunu qırmışdı.

Şəhərdə bu vaxta qədər ən yüksək su yüksəlməsi isə 1966-cı ildə 194 sm olub.