Vyetnam müharibəsi, “Çiçək gücü” və “Beatles” – Koykenhofdan Reportaj

“Flower Power” (Çiçək gücü) – hər il Hollandiyanın Lisse şəhərində qapılarını iki ay boyunca milyonlarla ziyarətçinin üzünə açan Avropanın ən böyük çiçək festifalının bu ilki şüarıdır. Media üçün açlış mərasiminə dəvət alan kimi heç düşünmədən üzü Hollaniyaya yola düşdüm. Hər il yalnız iki ay boyunca ziyarətçilərin üzünə açıq olan və Avropanın ən böyük lalə bağçası kimi tanın Koykenhofda bu, sayca 70-ci açılış mərasimidir.

Lalədən dodaq uçuqladan qazanc

Lisseyə çatıb jurnalist həmkarlarımla birgə təşkilatçılarla görüşəndən sonra öyrəndim ki, bu ilki açlışa 500 qonaq, dünyanın müxtəlif media qruluşlarında çalışan 50 -dən çox jurnalist, eyni zamanda Hollandiya Kraliyyət Hava Yollarının (KLM) baş direktoru da dəvət olunub.

Tədbirdən əvvəl jurnalistlərə Koykenhof barədə geniş gəlumat verildi.

Müxtəlif növ lalələrin olduğu Koykenhof hər il eyni vaxtda ziyarətçilərin üzünə qapılarını açır. Ümumi sahəsi 32 hektar olan Avropanın ən böyük bağında əsasən lalələr əkilib.

Hollandiya hazırda dünyada çiçək ixracatına görə liderdir və ölkənin hər il bu sahədən gəliri təxminən 2 milyard avrodan çoxdur. Koykenhof bu sahəyə sərmayə qoymaq istəyən iş adamları üçün böyük imkanlar təqdim edir. Burada bu sahə ilə məşğul olmaq istəyənlər üçün kiçik “Lalə akademiyası” da yaradılıb.

Mayın 19-na kimi qapılarını ziyarətçilərin üzünə açıq tutan Koykenhofu 2 milyona yaxın yerli və əcnəbi turistin ziyarət etməsi gözlənilir.

Burda vacib bir şeyi qeyd edim: 1949-cu ildə Koykenhof qurularkən buranı cəmi 236 min turist ziyarət edib.

Koykenhofun müdiri Bart Simerink jurnalistlərə açıqlama verərkən qeyd edir ki, ötən il buranı 1 milyon 400 min yerli və xarici turist ziyarət edib.

Barışın, sevginin və qarşılıqlı hörmətin simvolu…

Niyə “Çiçək gücü?” sualına cənab Simerinkin cavabı bu şəkildə oldu: ““Flower Power” şüarı Amerika Birləşmiş Ştatlarında Vyetnam müharibəsinə qarşı bir qrup tərəfindən keçirilən etiraz aksiyadan gəlir. 1967-ci ildə Pentaqon qarşısında keçirilən etiraz aksiyasını dağıtmaq istəyən xüsusi təyinatlı polis dəstələrinin əməkdaşına sülh naminə gül uzadılıb. Xatırlayırsınızsa əfsanəvi “Beatles” qrupunun bu adda konsert proqramı olub.

İndi bu rəngrəng güllər təkcə təbiətin gözəlliyini yox, eyni zamanda dünyada barışın, sevginin və qarşılıqlı hörməti simvolizə edir”.

Çıxış edən Hollandiya Kraliyyət Hava Yollarının (KLM) icraçı direktoru Pieter Elbers isə bildirdi ki, onlar 66 milyon çiçək daşıyaraq Koykenhofa dəstək verirlər : “Koykenhof və Kraliyyət Hava Yolları bu gün Hollandiyanın fəxridir. Bu il biz gücümüzü birləşdirərək daha çox insana xidmət edəcəyik. Bu bizim üçün olduqca önəmlidir. 70-ci açlışı edənlər arasında olmaqdan da çox xoşbəxtəm”

Qiymət…

Koykenhofu 21 mart-19 may tarixlərində həftənin hər günü saat 08:00-19:30 arasında ziyarət edə bilərsiniz. Giriş bileti böyüklər üçün 18 avro, 4-17 yaş arası uşaqlar və gənclər üçün 8 avrodur. Avtomobillə Koykenhofa gələnlər xüsusi dayanacağa görə 5 avro əlavə ödəməlidirlər.

 

Fərahim İLQAROĞLU
Hollandiyanın Lisse şəhərindən xüsusi olaraq musavat.com üçün

  

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17