English (US) Русский Azəricə Türkçe
Maraqlı

Xəzər dənizində “Azərbaycan Mirvarisi” – VİDEO

Nargin adasının turizm mərkəzinə çevirmək təklif olunur.

“Azərbaycan Mirvarisi” adlı layihədə adanın dünya səviyyəli istirahət zonasına çevrilməsi üçün konkret ideyalar ortaya qoyulub. Layihə gerçəkləşərsə, burada hotel, muzey, sərgi salonları, teatr binaları, Şərq üslubunda bazar, hətta liman və vertolyot meydançasına da rast gəlmək mümkün olacaq.

Xezerxeber.az-ın məlumatına görə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və bir vaxtlar Nargin adlandırılmış Böyük Zirə adası dünya səviyyəli istirahət zonasına çevrilə bilər.

Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev bunu nəzərdə tutan “Azərbaycan Mirvarisi” adlı layihə hazırlayıb. Layihə adanın ən müasir turizm mərkəzinə çevrilməsini nəzərdə tutur. Burada müasirlik və keçmişin bir araya gətirilərək harmoniya yaradılması və ümumilikdə adanın beş zonaya bölünməsi planlaşdırılır.

Memar layihəyə Böyük Zirə adasında ümumtəhsil və musiqi məktəblərinin, teatrların, Şərq bazarının tikintisini də daxil edib. Bundan başqa, tariximizin faciəli hadisələrinə şahidlik edən adanın qurbanlarına xatirə kompleksinin inşası da nəzərdə tutulub.

Rasim Babakişiyev layihənin reallaşdırılması üçün lazım olan maliyyə xərclərinin təxmini hesablanmasını da aparıb.

Memar deyir ki, “Azərbaycan Mirvarisi” layihəsi həm də adada il boyu yaşayışın olmasına da hesablanıb.

Ailetravel.net mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: