English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Xalça Muzeyində əcnəbi bloqçudan kamerası üçün bilet alması tələb olunub – Video

Türkiyəli səyahət bloqçusu Şenay Akkurt bu günlərdə Azərbaycanın paytaxtı Bakıdan vloq hazırlayıb. Bloqçu Fəvvarələr Meydanında, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda və bulvarda olub.

Bizimyol.info xəbər verir ki, səyahət bloqçusu şok edən Azərbaycan Xalça Muzeyində ondan kamerası üçün bilet alması tələb olunub.

“Muzeyin girişində 7 manat istədilər. Həmin məbləğdə ödəniş edib biletimi aldım. Yuxarı çıxdım. Hər kəs telefonları ilə çəkiliş edir. Mən də çəkiliş edən zaman muzeyin əməkdaşı mənə yaxınlaşaraq mənə “çəkiliş üçün bilet aldınız?” deyərək soruşdu. Mən də bileti təqdim elədim. Bu zaman o şəxs mənə “bu bilet deyil, kamera üçün bilet almaq lazımdır” dedi. Mən ona belə şey eşitmədiyimi dedim. Muzeyin əməkdaşı da bildirdi ki, çəkiliş etməyə görə kamera üçün bilet almaq lazımdır”,-səyahət bloqçusu bildirib.

Bloqçu sonda “Dünyanın hər yerində muzeylərdə çəkiliş etmək qadağan deyil. Amma burada nədənsə əksini gördüm. Bu muzeyə bir insanın girişindən kameranın girişi daha bahalıdır” deyir.
Türkiyəli səyahət bloqçusu Şenay Akkurtun Bakıdan hazırladığı vloqdan Azərbaycan Xalça Muzeyinə aid hissəsini təqdim edirik:

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *