Əyləncə turizmi-BOŞ VAXTINIZ olanda oxuyun…

Latınca “Entertain” sözündən götürülən əyləncə sözünün mənası “tutmaq” deməkdir. Əyləncə əsasən boş vaxtın parçasıdır. Dünyada hər gün bir çox insanın boş vaxtı var. İnsanlar bu zamanı aktiv keçirmək istəyirlər və çox vaxt əyləncə turizminə müraciət edirlər.
Əyləncə sənayesi XX əsrin əvvəllərindən etibarən meydana çıxmışdır. Onda əsas irəliləmə II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1930-1940-cı illərdəki ekonomik böhranı, o zaman keçirdikləri qaranlıq günləri unutmaq üçün adamlar müxtəlif əyləncə vasitələrindən istifadə etmişlər. Son illərdə də əyləncə turizmi daha da inkişaf etmişdir.
Əyləncə turizmi dedikdə: müxtəlif attraksionlara, tematik parklara, akvaparklara, məşhur teatrlara, sirklərə, kazinolara, barlara  getmək nəzərdə tutulur. Ayrıca karnavallara, festivallara, milli bayramlara getmək, tamaşaçı və ya azarkeş kimi idman yarışlarında iştirak etmək də, buna misal ola bilər. Tematik parklara misal olaraq “Disneyland”i misal göstərmək olar. Dünyanın  ən məşhur əyləncə parklarından biri olan “Disneyland” ABŞ-in Kaliforniya ştatının Anahaym şəhərində 1955-ci il 17 iyun tarixində Uolt Disney tərəfindən açılmışdır. “The Walt Disney Company” şirkəti tərəfindən ilk “Disneyland”ın tikintisinə 17 mln dollar xərclənmişdir, lakin tezliklə bütün yatırımlar 10 dəfə çox gəlir gətirmişdir.Tikilən vaxtı 36 hektar ərazini əhatə  edirdi, attraksiyonların sayı 16-a, giriş bileti isə 1 dollara bərabər idi. İndi isə “Disneyland”ın müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənmiş və 200 hektarlıq ərazini əhatə edir. “Disneyland” bütün yaşda olan insanlar üçün nəzərdə tutulan əyləncə parkıdır. Anahaym şəhərindəki “Disneyland”dan başqa, Florida ştatında “Disney-World”, Parisdə “Avro-Disneyland”, Honqkonqda “Disneyland” və sonda Tokiada “Tokio-Disneyland” fəaliyyət göstərir. Ölkəmizdə əyləncə turizmi inkişaf etmişdir. Turizmin gələcəyə tutduğu işıq, onu bəsləyən yan qolları ilə daha da işıqlanır. Azərbaycanın bacasız sənayesi ən az öz aktivləri qədər sənayeləşən yan qolları ilə də böyük bir inkişaf göstərir. Destinasiya ziyarətlərində artıq tək söz sahibi təbiət, mədəniyyət, dəniz, qum, günəş kimi bilinən turizm modelləri deyil; bir şəhərin əyləncə anlayışı, həyat tərzi və ictimai quruluşu da eyni zamanda maraq doğurur. Buna ən gözəl nümunə, turizm destinasiyalarını ziyarət edən, keyfiyyətli yeməyi və əyləncəni sevən turist sayının gün keçdikcə artmasıdır. Bu inkişaf əsasən son dövrə aiddir.  Bu gün paytaxtımızda və rayonlarda bir çox əyləncə mərkəzləri var və yeniləri də tikilməkdədir. Azərbaycana gələn turistlər əyləncə mərkəzlərinə, gecə klublarına, karnavallara və s. maraq göstərirlər.
Azərbaycanda məşhur əyləncə mərkəzlərindən nümunələr:
Xaçmaz rayonu Nabran qəsəbəsi –  “Atlant”, “Palma”, “Green Village”, “Lotos” İstirahət və Əyləncə mərkəzləri və s.
Qəbələ rayonu — “Qəbələnd” Əyləncə Mərkəzi
Bakı şəhəri–  “Park Bulvar”, “Megafun”, “Metropark”, “Olimpik Star”, “Atrium”, “Bakı Əyləncə mərkəzi”, «Baku Paintball Centre» “Bakı Kartinq və Əyləncə Mərkəzi” və s.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17