Fri. Aug 7th, 2020

Əliqismət Lalayev TURKSOY-a üzv ölkələrin teatr direktorları şurasının idarə heyətinin toplantısında iştirak edəcək

Bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsiflər heyətində ölkəmizi təmsil edən tanınmış rejissor Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev daha bir beynəlxalq tədbirdə iştirak edəcək.

Belə ki, sentyabr ayının 23-dən 28-dək o, Qırğızıstanın Oş şəhərində keçiriləcək VII Beynəlxalq “ART – ORDO-2019” Teatr Festival çərçivəsində TURKSOY-a üzv ölkələrin teatr direktorları şurasının dönəm toplantısına qatılmaq üçün sentyabrın 22-də Qırğızıstana yola düşəcək.

Tanınmış rejissor və teatr rəhbərinin iştirak edəcəyi bu toplantıda türkdilli dövlətlərin tеаtrları arasında qarşılıqlı mədəni münasibətlərin, yaradıcılıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq və lazımi qərarlar qəbul olunacaq.

 

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə