Fri. Aug 7th, 2020

Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib-FOTO,VİDEO

Sentyabrın 18-də axşam Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında geniş konsert proqramı ilə çıxış edib.

Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu konsertdə 110 yaşlı qocaman mədəniyyət ocağının böyük kollektivi – balet, xor truppası, orkestr və aktyor heyəti paytaxt sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının zövqünü oxşayan bir-birindən gözəl musiqi nömrələri ilə çıxış ediblər.

Bayram tədbirində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının simfonik orkestri teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev və dirijor Səməd Süleymanlının müşayəti ilə dahi Üzeyir Hacıbəylinin, həmçinin dünya klassiklərinin və xarici bəstəkarların əsərlərindən nümunələr səsləndirib.

Sevimli aktyorlar – Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar – Mehriban Zaliyeva, Aydan Həsənova, Rauf Babayev, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Əmrah Dadaşov və Emin Zeynallının iştirak etdiyi konsertdə reqqas, Əməkdar artist Emin Əliyevin çıxışları da rəğbətlə qarşılanıb. Hər kəsi heyran edən konsertin baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri – teatrın baş xormeysteri Əməkdar artist Vaqif Məstanov, senari müəllifi və rejissoru Elməddin Dadaşovdur.



Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə