Fri. Aug 7th, 2020

Akademik Musiqili Teatr 110-cu mövsümü açıq elan edib – FOTOLAR

Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu teatr mövsümünü açıq elan etdi

Açılış Üzeyir Hacıbəylinin  “O olmasın, bu olsun” musiqili komediyası ilə baş tutdu. AYNA xəbər verir ki, 1998-ci ilin dekabr ayından  indiyə qədər  teatrın repertuarıanda mümayiş olunan tamaşanın quruluşçu rejissoru isə  Cənnət Səlimova idi.

 

Tamaşada hadisələr XX əsrin əvvələrində, qadın hüquqlarının pozulduğu, onların tacirlər, ağalar, bəylər tərəfindən istismar olunduqları dövrü əhatə edir.  Əsərin qəhrəmanı Məşədi İbad da belə ixtiyar sahiblərinin tipik nümayəndələrindəndir. Onun azyaşlı Gülnazla evlənməyə can atması, cavan, ağıllı, yeni fikirli Sərvərlə rəqabət aparması müəllifin gülüş hədəfinə çevrilmişdir.

 

Əslində Məşədi İbadı bu addımı atmağa təhrik edən, təkcə var-dövlətinin olması deyil, həm də bütün sərvətini itirib müflis olan Rüstəm bəyin tamahkarlığıdır.  O, gənc qızını qoca kişiyə ona görə ərə verir ki, ondan daha çox pul mənimsəyə bilsin.

Fəridə Aslanova Rüstəmova adlı şəxsin şəkli.

Tamaşa ərzində həm Məşədi İbadın, həm də onu əhatə edən, əslində fırldaqçı olan “ziyalı” təbəqənin iç də üzü ustalıqla açılır.

 

Tamaşada Xalq artisti, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad),  Əməkdar artistlər – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Elçin İmanov, Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, kiçik yaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimzadə, Əlirza Məmmədzadə və başqaları rol almışdılar.

Fəridə Aslanova Rüstəmova adlı şəxsin şəkli.

Tamaşanın bir maraqlı tərəfi də ondan ibarət oldu ki, İran İslam Respublikasının sevilən gülüş ustası, Təbriz Teatrın bədii rəhbəri Babək Nəhreyn teatrın xüsusi dəvəti ilə hambal obrazını canladırırdı.

 

Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Zakir və Yelena Ağayevlər, xormeysterlər Əməkdar artist Vaqif Məstanov, konsertmeyster Fidan Bayayeva, rejissor assitentləri isə Elməddin Dadaşov və Sevinc Məmmədova idi.

Fəridə Aslanova Rüstəmova adlı şəxsin şəkli.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə