Fri. Aug 7th, 2020

Belarusun Əməkdar artisti Akademik Musiqili Teatrın səhnəsində alqışlarla qarşılandı

Dünən Ü.Hacıbəyli XI Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Macar bəstəkarı İmre Kalmanın məşhur iki hissəli “Silva” operettası təqdim olunub.

Səhnə əsərində Silva rolunu Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç Viktorovna canlandırıb.

Anşlaqla keçən tamaşada ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimləri, tanınmış mədəniyyət və incəsənət adamları, media əməkdaşları, həmçinin Belarus və Macarıstan səfirliklərinin nümayəndələri də iştirak ediblər.

Qısa müddətdə tamaşaçıların rəğbətini qazanan belaruslu aktrisa ona yaradılan bu gözəl şəraitə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Akademik Musiqili Teatrın rəhbərliyi başda olmaqla, teatrın bütün yaradıcı kollektivinə dərin minnətdarlığını bildirib. Akademik Musiqili Teatrın möhtəşəm səhnəsində özünü xoşbəxt sayan aktrisa bu səfərini iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün atılan addımlardan biri hesab edib və gələcəkdə də belə qarşılıqlı əlaqələrin davam etdirilməsini arzulayıb. O, Azərbaycana olan hədsiz sevgisini vurğulamaq üçün qeyd edib ki, öz teatrlarının repertuarında olan Ü.Hacıbəylinin “Arşın mal alan” (“Свадебный базар”) operettasında Gülçöhrə obrazını çox böyük sevgi ilə ifa edir.

Qeyd edək ki, “Silva” əsərində dəvət olunmuş aktrisa ilə yanaşı, teatrının rus bölməsinin aktyorları – Əməkdar artistlər – Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Aydan Hesənova, Firus Məmmədov, Nicat Əli, Telnaz Hüseynova, Murad Əliyev, Elməddin Dadaşov və başqaları da iştirak ediblər.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə