Sat. Aug 15th, 2020

Rayonlarda otellərin “Novruz” təklifləri – 1 gecəyə 1 160 manat (Qiymətlər)

Novruz bayramını Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Novruz şənliklərinin keçirilməsi vətəndaşların marağını cəlb edirAzərbaycanda ən uzun tətil olan Novruzda rayonlara getmək istəyənlər üçün Banker.az qiymətlərlə maraqlanıb.

Quba Palace Hotel – Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə Qubada yerləşən  beş ulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşir. “Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace”  Azərbaycanda ilk qolf meydançasına malik olan oteldir. Deluxe dağ mənzərəli 20-21 mart tarixlərində iki nəfərlik otaq 310 AZN-dir. Bu qiymətə səhər və şam yeməyi, vergilər də daxildir. Ancaq göl mənzərəli deluxe otaq səhər, şam yeməyi birlikdə 330 AZN təşkil edir. Ləğv etmə və No Show halı baş verdikdə ödəniş geri qaytarılmır və tam tutulur; Ödənişləri bank transferi, kredit kartı vasitəsilə və ya Bakı ofisində həyata keçirmək mümkündür. Otel doluluqdan asılı olaraq son otaqlar üçün satış qiymətini dəyişmək hüququna malikdir.

Lankaran Springs Wellness Resort  – “Lankaran Springs Wellness Resort” balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir. Bildirək ki, 20-21 mart tarixlərində oteldə boş yer qalmayıb. 19-20 mart tarixində oteldə bir günlük gecələmə 145 AZN, 22-23 mart 205 AZN, 23-24 mart 205 AZN nəzərdə tutulub. 2 gecəlik 18-20 martda novruz qiymətləri 290 AZN, 22-24 martda isə 410 AZN təşkil edir. Həmçinin 20 və 21 Mart tarixlərində olan proqrama üç dəfə açıq buffet qidalanma daxil; Kosa, Keçəl və Bahar qızının iştirakı ilə qonaqların qarşılanması;Novruz xonçası; Barbekü qonaqlığı; Milli rəqslər; İncəsənət sərgisi; Muğam ifası; Nənələr qrupunun çıxışı; Canlı musiqi proqramı daxildir.

Shahdag Hotel& Spa – Şahdağ & Spa Otel Bakıdan 230 km şimalda, dağların mənzərəli və sakit yerində yerləşir. Bağlı bir hovuz, idman salonu, sauna və bir Türk buxar hamamı olan bir spa sahəsi var. Pulsuz Wi-Fi və pulsuz park təmin olunur. Oteldə bir gecəlik iki nəfər üçün deluxe king otağın qiyməti 240 AZN-dir və səhər yeməyi də qiymətə daxildir. Həmçinin 18 marta qədər rezervi ləğv etmək də mümkündür. Dağ mənzərəli deluxe otağın qiyməti isə səhər yeməyi də bir olmaqla 270 AZN təşkil edir.

Qafqaz Tufandag Mountain Resort Hotel –  Qafqaz Tufandağ Oteli Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. Bu oteldə bir gecəlik iki nəfər üçün otağın qiyməti 1 151 manatdır, səhər yeməyi də daxil olmaqla. Otaq iki yataq otağından ibarət villadır.16 marta qədər pulsuz rezervi ləğv etmək də ola bilər.

Qalaaltı Hotel&SPA – Bakıdan 120 kilometr məsafədə,  Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. Oteldə 1 gecəlik 2 nəfər üçün bir böyük çarpayıdan ibarət otağın qiyməti səhər, nahar və şam yeməyi daxil olmaqla 364 AZN nəzərdə tutulub.

Sheki Palace Hotel – Restoran və fitness mərkəzini təklif edən Sheki Palace Hotel, Şəki şəhərində, Kahn Palace-dan 50 m məsafədə yerləşir.”Sheki Palace Hotel” də deluxe king otaq vergilər daxil olmaqla 150 AZN-dir və ayrıca səhər yeməyi isə 20 AZN təşkil edir. Səhər yeməyi və vergilər daxil olmaqla isə 170 AZN nəzərdə tutulub. Bir gecəlik single bed otaq səhər yeməyi ilə birlikdə 140 AZN-dir.

Shamakhi Palace Sharadil – “Shamakhi Palace Sharadil” Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektar təşkil edir. 20-21 martda oteldə deluxe king otağın qiyməti vergi və səhər yeməyi ilə birlikdə 234 AZN təşkil edir. Səhər və axşam yeməyi bir yerdə otaq rezerv edilmə 300 AZN, səhər, nahar və axşam yeməyi (vergilər də daxil olmaqla ) bir günlük gecələmə 366 AZN nəzərdə tutulub.

Chenot Palace Health Wellness Hotel – Qəbələdə Nohur gölü ətrafında yerləşir. Bu oteldə 1günlük gecələmə yəni, 20-21 martda oteldə boş yer qalmayıb. 18-21 mart, 19-22 mart, 20-23 mart, 21-24 mart tarixlərində oteldə otaq rezervi 7 597 AZN təşkil edir.

Qafqaz Thermal & Spa Resort Hotel – Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Mənbəyi otel ərazisində yerləşən bu mineral sudan Qafqaz Thermal otelinin sağlamlıq mərkəzində termal vannalar şəklində istifadə olunur. Bundan əlavə olaraq Qafqaz Thermal oteldə naftalan nefti ilə müalicə prosedurlarıda mövcuddur. Novruz bayramı qiymətləri: bir gecəlik iki nəfər üçün olan otaq səhər yeməyi, vergilər birlikdə 163 AZN-dir.

Pik Palace Shahdag – Şahdağda yerləşən Pik Palace Oteldə spa və sağlamlıq mərkəzi, sauna var. Həmçinin otel  pulsuz WiFi və pulsuz parkinq ilə təmin edir. Deluxe King otaq səhər yeməyi ilə bir yerdə 20-21 martda 245 AZN-dir.

Qafqaz Riverside Hotel – Spa mərkəzi, açıq və qapalı hovuz və pulsuz Wifi olan bu kurort Qəbələ şəhərindəki Dəmiraparan çay sahilində yerləşir. Dağ mənzərəli, kondisionerli otaqlar və kotteclər təklif olunur. Bu oteldə 20-21 mart tarixində 1 gecəyə iki nəfərlik otaq səhər yeməyi daxil olmaqla 255 AZN təşkil edir. Əlavə vergi isə 2.60 AZN təşkil edir. Ancaq oteldə səhər yeməyi daxil olmaqla “kral” dəsti 1 gecəyə iki nəfərlik 1 160 AZN nəzərdə tutulub.

Khazar Palace Hotel və Park Chalet Hotel Shahdag da Novruz bayramında otellərə boş yer qalmayıb.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə