Sat. Nov 6th, 2021

Braziliya koronovirusa görə karnavalı təxirə salmadı -Gələnlərin sayı rekord vurur-FOTO

Braziliya dünyada baş alıb gedən koronovirus epidemiyasına görə illik karnavalı təxirə salmayıb, əksinə budəfəki karnaval gələnlərin sayına görə rekord vurub.

Ailetravel.net Braziliya Turizm Nazirliyinin məlumatına istinadla xəbər verir ki, karnaval günlərində Pernambuku, Baiya ştatları 22,1 milyon qonaq qəbul edib ki, bu da indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Otellərdə nömrələrin orta hesabla 98 faizi tutulub.

Baiya ştatı hökumətinin məlumatına görə, karnaval dövründə nəzərdə tutulan turizm gəliri 2,5 milyard real (təqribən 2,5 milyon avro) təşkil edib.

Braziliya Əmtəə, Xidmət Ticarəti və Turizm Milli Konfederasiyasının hesablamalarına görə, karnaval ölkə iqtisadiyyatına 8 milyard real gəlir gətirəcək ki, bu da ötən illə müqayisədə 80 milyon real çoxdur və 2015-ci ildən etibarən ən böyük məbləğdir.

Dünyanın ən iri bayramlarından biri olan Braziliya karnavalı bu ölkənin ümummilli bayram festivalıdır. Karnaval 1928-ci ildən etibarən hər il Pasxa bayramına 7 həftə qalmış, fevral ayının sonuncu şənbə günü başlayır. Dörd gün ərzində ölkədə işgüzar və siyasi həyat dayanır. Şəhərlərin küçələrində fantastik paltarlarda və baş geyimlərində olan insanlar əlindən tərpənmək olmur.

epa07414508 Members of the samba school of the Grupo Especial Estacao Primeira de Mangueira take part in the traditional carnival parade at Marques de Sapucai sambadrome in Rio de Janeiro, Brazil, early 05 March 2019. The samba schools of the Rio de Janeiro Special Groups begin their parades on Sunday at the sambadrome, considered the main attraction of the carnival in Brazil and the greatest outdoor show in the world. EPA-EFE/Marcelo Chello

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə