Sat. Aug 15th, 2020

Bakıda 50 hotel fəaliyyətini dayandırdı – Əməkdaşlar işsiz qaldı

Bakıda 50-yə yaxın orta və kiçik hotellər fəaliyyətini dayandırıb.

Bu barədə Oxu.Az-a Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi məlumat verib.

Onun sözlərinə görə, buna səbəb mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın respublika ərazisində koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı bir aylıq xüsusi rejimin tətbiq edilməsidir:

“Hotellərin fəaliyyətini dayandırması aparılan izolyasiya tədbirləri ilə əlaqədardır. Həmin hotellərin böyük əksəriyyəti icarədə olan hotellərdir. Bu, çox mənfi haldır və məşğulluluq məsələsinə kifayət qədər mənfi təsir göstərir.

Bu məsələlər gələcəkdə ciddi problemlərə yol aça bilər. Hotellərin mövcud vəziyyət aradan qalxdıqdan sonra bərpa proseslərini hansı şəkildə aparacaqlarını proqnozlaşdırmaq özü də çətindir.

Mövcud vəziyyətlə bağlı ölkəyə turistlərin giriş-çıxışı məhdudlaşdırıldığından hotellər çox ciddi itki ilə qarşılaşıblar. Nazirlər Kabineti tərəfindən rəsmi qaydada verilən qərara uyğun olaraq izolyasiya tədbirlərinin aparılması davam etdirilir.

Bayram günləri ilə bağlı məqamlara da münasibət bildirmək olmur. Hər kəsi təmkinli olmağa çağırıram. Yaxşı olar ki, bu dəfə bayramı hər kəs evində keçirsin və gigiyenik normalara ciddi riayət etsin”.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə