Mon. Aug 10th, 2020

Koronavirusun ilk aşkar olunduğu şəhərin ən məşhur turistik məkanı açılır – VİDEO

Koronavirusun dünyaya yayıldığı Uhan şəhərində ən məşhur turistik məkanlardan olan “Sarı Simurq qülləsi” bağlandıqdan 100 gün sonra qapılarını ziyarətçilərin üzünə açıb.

Bu barədə RT xəbər yayıb.

Hələ ki, turistlər obyektin müəyyən yerlərinə buraxılır. Onlar hamısı səhhətləri barədə məlumatın olduğu buraxılış vərəqəsi təqdim etməlidirlər.

Həmçinin, əraziyə daxil olarkən onların temperaturları yoxlanılır.

Son məlumatlara görə, Çində 82 862 nəfər koronavirusa yoluxub. Onlardan 4 633 nəfəri ölüb, 77 610 nəfəri isə sağalıb.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə