Thu. Aug 13th, 2020

Akademik Musiqili Teatrın rejissorundan – “Sizə məktub var” VİDEO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Samir Qulamov “Young Press” media qurumunun “Sizə məktub var” virtual sosial aksiyasına qoşulub.

Rejissor hazırladığı qısa və dolğun videorolik vasitəsilə bütün teatrsevərləri Akademik Musiqili Teatrın rəsmi “facebook” səhifəsini izləməyə və həftəsonları həmin səhifədə canlı yayımla nümayiş olunan tamaşalara baxmaga dəvət edib.

O, videomüraciətində uşaqların mədəni tərbiyəsində teatrın əvəzsiz rolundan və onların teatr ruhunda böyüdülməsinin vacibliyindən də danışıb.

Hər kəsi Akademik Musiqili Teatrın virtual deyil, real məkanında, stasionarda – tamaşa salonunda görmək arzusunda olduğunu dilə gətirən Samir Qulamov ona bu layihədə iştirak etməsi üçün fürsət yaradanlara da minnətdarlığını bildirib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə