Sun. Sep 20th, 2020

Turist karantində saxlanılarsa, xərci kim ödəyəcək? – VİDEO

Koronavirusla mübarizə dövründə turizmlə bağlı əsas problemlərdən biri turistlərin səfər etdikləri ölkələrdə 14 günlük karantində qalma ehtimalının mövcud olmasıdır.

Təbii ki, səfər müddətinin iki həftəsini karantində qalıb, geri qayıtdıqdan sonra vətəndə daha yarım ay təcrid vəziyyətində olmaq perspektivi istənilən şəxsi səfər ideyasından çəkindirə bilər.

Başqa bir məsələ isə həmin karantin müddətinin xərcinin kim tərəfindən çəkiləcəyidir.

“Əgər səfərə gələn insan dövlət üçün əhəmiyyətli şəxsdirsə, bunun xərcini dövlət çəkə bilər, deyilsə, şəxs özü bütün məsrəfləri ödəməlidir. Hər şey konkret vəziyyətdən asılıdır”, – bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə