Sun. Sep 20th, 2020

Almaniyada açıq havada olan hovuzlardan istifadəyə icazə verildi

Almaniyada açıq havada fəaliyyət göstərən hovuzların istifadəsinə icazə verilib.

“Deutsche Welle” yazır ki, COVID-19 pandemiyası ilə əlaqədar hovuz sahibləri və buradan istifadə edən şəxslər müəyyən qaydalara riayət etmək məcburiyyətindədirlər.

Artıq hər hovuzun sahibi təhlükəsizlik tədbirləri ilə bağlı təkliflərini yerli hökumət orqanlarına təqdim edib.

Misal üçün, qeyd olunur ki, Bonn şəhərində açıq havada fəaliyyət göstərən hovuz ərazisində bir nəfər üçün ən azı 10 kvadrat metr sahə nəzərdə tutulmalıdır.

Hovuz sahibləri müştərilərin dəqiq qeydiyyatını aparmalı və ərazidə qaydalara ciddi nəzarət etməlidirlər. Sənədləşmə ən azı dörd həftə qorunub saxlanılmalıdır.

Girişdə hər bir qonaq əllərini yumalı, dezinfeksiya qaydalarına ciddi riayət olunmalıdır.

Müştərilər ancaq şəxsi dəsmallarından və tərliklərindən istifadə edə bilər. Heç bir çimərlik əşyası müvəqqəti istifadə üçün götürülə bilməz.

Hovuzda azı bir metr yarım sosial məsafə saxlamaq tövsiyə olunur. Soyunub-geyinmə otaqlarından ümumi istifadə qadağandır.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə