Mon. Aug 10th, 2020

İtaliyaya giriş ilə bağlı qadağalar ləğv olunur

Bu gündən etibarən Avropa İttifaqına (Aİ) üzv 26 ölkədən, həmçinin İslandiya, Norveç, İsveçrə, Böyük Britaniya, Andorra, Monako, San Marino və Vatikandan gələn turistlərin İtaliyaya girişi ilə bağlı qadağalar ləğv olunur.

“Independent”in verdiyi xəbərə görə, ölkəyə gələnlərin əksəriyyətindən 14 günlük karantinə getmək tələb olunmayacaq.

İtaliyanın üç böyük şəhəri – Milan, Roma və Neapola beynəlxalq uçuşlar bərpa olunur.

Ölkənin regionları arasında səyahət məhdudiyyətləri ləğv edilib.

Qadağaların aradan qaldırılmasını elan edən İtaliyanın Baş Naziri Cuzeppe Konte televiziyada çıxışı zamanı koronavirusa yoluxma riskinin arta biləcəyini deyib: “Ancaq biz bunu qəbul etməliyik, əks təqdirdə yenidən işə başlaya bilməyəcəyik”.

Qeyd edək ki, İtaliya Avropada yeni növ koronavirusdan (COVID-19) ən çox təsirlənən ölkələrdən biridir. İnfeksiya İtaliyada 33 mindən çox insanın həyatına son qoyub.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə