Mon. Aug 10th, 2020

Bakıda sərt karantinin ikinci gecəsi – VİDEO

Kimi işə tələsir, kimi sevdikləri, dostları ilə görüşə… Bəziləri də sadəcə, şəhər mərkəzində olan kafe və restoranlarda vaxt keçirmək üçün buradan istifadə edirlər.

Hər gün səhər-axşam minlərlə insan metronun “28 May” stansiyasından istifadə edir.

Lakin iyunun 14-ü gecəyarıdan etibarən bir neçə rayon və şəhər kimi – paytaxt Bakı da səssizliyə bürünüb. Qədim Bakı yorğunluqdan sanki gecə-gündüz “yatır”.

Nazirlər Kabineti yanında operativ qərargah ölkədə koronavirusa yoluxma sayı artdığına görə, iki günlük sərt karantin rejimi tətbiq edib. İnsanların xüsusi hallar olmadığı təqdirdə evdən çölə çıxmalarına qadağa qoyulub.

Günün istənilən vaxtında sakinlərin Səməd Vurğun adına parkda istirahət etdiyini görə bilərik. Sərt karantin rejimi müddətində isə burada yalnız qoyulan qaydalara nəzarət edən polis əməkdaşlarını və tənha qalmış şairin heykəlini görürük.

Ziya Bünyadov prospekti, Dərnəgül ərazisi də pik saatlarda uzun tıxaclara şahidlik edirdisə, indi bu ərazi də boş qalıb. Eynilə Heydər Əliyev və Neftçilər prospektləri kimi…

Xatırladaq ki, iyunun 14-ü saat 00:00-dan etibarən 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq olunur və vətəndaşların küçəyə çıxması qadağan edilib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə