Sat. Aug 15th, 2020

Ehtiyatlı olun, sizi adi lampa vasitəsilə də dinləyə bilərlər

İnsanları izləmək üçün yeni üsul tapılıb.

Veysman İnstitutu və İsraildəki Ben-Gurion Universitetinin tədqiqatçıları başqasının söhbətini dinləmək üçün qeyri-adi yol tapıblar. Bunun üçün demək olar ki, istənilən otaqda olan sadə bir lampa uyğun gəlir.

Yeni üsul Lamphone adlanır və səs dalğaları ilə təmasda olan ətrafdakı əşyaların titrəməsinə əsaslanır. Alimlər qeyd edirlər ki, işləyən lampalarda titrəmələr də yüngül bir sıçrayışa səbəb olur. Güclü sensorlar vasitəsilə mütəxəssislər bu dalğalanmaları qeyd edə və işıq lampasının səthinə dəyən səs dalğalarını çoxalda bilərlər.

Ailetravel.net ted.az-a istinadən bildirir ki, Lamphone ciddi məhdudiyyətlərə malikdir. Məsələn, bir lampa səs dalğalarını almaq üçün birbaşa açıq olmalıdır. Əksər işıq mənbələri plafonlarda gizlənir, buna görə çox yerdə yeni dinləmə növü işləməyəcək. Lampa hələ tam açıldığı təqdirdə də, istənilən məsafədən oradakı işığın dəyişməsini qeyd etmək üçün bir teleskop və elektro-optik sensor kifayət edəcək.

Təcrübə zamanı alimlər ofisdən səsləri 25 metr məsafədən qeyd edə biliblər. Texnologiya uzaq bir məkandan nitq tanıma işini uğurla həll etdi. Bu zaman otaqda səslənən mahnını elə təkrarladı ki, hətta SAŞazam onu tanıya biləcək .

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə