Sat. Aug 15th, 2020

“Türkiyə turizm sahəsində risk qrupuna daxil deyil”

“Pandemiya başlayandan indiyədək Türkiyə 120-dən çox ölkəyə dəstək verib”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada turizmlə bağlı keçirilən “Yenidən Kəşf et” layihəsinin təqdimatında jurnalistlərin sualların cavablandırarkən deyib.
Nazir bildirib ki, turizm sahəsində Türkiyə risk qrupuna daxil olan ölkələr sırasında deyil.
“Ölkəmizə turist göndərəcək bütün ölkələrlə əlaqə yaratmışıq. Türkiyənin turizm sənayesi başqa ölkələrin turistlərini qarşılamağa hazırdır. Ölkəmizə gələn bütün turistlərin təhlükəsiz istirahəti üçün bütün tədbirlər görülüb”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə