Thu. Aug 13th, 2020

İyulun 1-dən Rusiyanın 67 regionu turistlər üçün açılacaq

İyulun 1-dən Rusiyanın 67 regionu turist qəbul edə biləcək.

Ailetravel.net-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Rosturizmin rəhbəri Zarina Doquzova jurnalistlərə deyib.

Z.Doquzova bildirib: “Gələn həftədən, iyulun 1-dən başlayaraq Rusiya Federasiyasının 67 subyektində turizm fəaliyyəti bərpa edilir. İyul ayının ilk həftəsində rusiyalıların istirahətinə mane olan məhdudiyyətlər ləğv edilməyə davam edəcək. İyulun ilk həftəsində ölkəmizin bölgələrinin əksəriyyətində kurort mövsümünün başlayacağını nəzərdə tuturuq”.

 

Xatırladaq ki, daha əvvəl Rosturizmin rəhbəri bildirib ki, Rusiya Federasiyasının əksər bölgələrində yay turizm mövsümü iyulun 1-dən tam başlayacaq, bu həftə isə ölkənin 40 subyektində otellər, motellər və digər yerləşdirmə obyektləri fəaliyyətə başlayacaq. İyunun 28-də Rusiyada yay kruiz naviqasiyası başlayacaq.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə