Sat. Aug 15th, 2020

Təyyarədə doğulan uşaq hara vətəndaşı olur?

Türk Hava Yolları şirkətinin təyyarəsi mənzil başına göyərtəsində bir əlavə sərnişinlə çatıb. Məqalədə deyilir ki, təyyarə heyəti hamilə sərnişin qadının 13 kilometr yüksəklikdə doğmasına kömək etməli olub. Nafi Diaby adlı qadın Qvineyadakı Konakri şəhərindən Burkina Fasonun paytaxtı Uaqaduquya uçarkən sancıları başlanıb.  Beləliklə Kadiju və ya Xədicə adlı qız dünyaya səmada gəlib. Boeing 737-900 təyyarəsi enən kimi ana və uşaq xəstəxanaya aparılıblar. Hər ikisinin vəziyyəti qənaətbəxşdir. “The Telegraph” yazır ki, bu, uşağın uçuş vaxtı doğulduğu yeganə hal deyil. Təyyarə heyətləri belə vəziyyətlərin öhdəsindən gələ bilmək üçün xüsusi hazırlıq keçirlər. Lakin indi Kadijunun doğum yeri, vətəndaşlığı maraqlı sual kimi ortaya çıxıb və ya çıxa bilər. Mövcud qanunlara görə uşaq anasının vətəndaşı olduğu ölkənin vətəndaşı olaraq qeydiyyatdan keçə bilər. Eyni zamanda o doğularkən təyyarənin üzərindən keçdiyi ölkənin vətəndaşlığına da qəbul edilə bilər. Lakin məsələni daha da qəlizləşdirən budur ki, BMT-nin qaydalarına görə, uçuşda doğulan uşaq təyyarənin qeydiyyatda olduğu ölkənin vətəndaşlığını qəbul etməlidir. Bu halda Kadijunun vətəni Türkiyə olmalıdır. Amma son qərar Türkiyənin vətəndaşlıq qanunlarının belə bir hala yol verib-verməməsindən asılı olacaq. Məsələn 2015-ci ildə Kanadanın üzərindən uçan təyyarədə doğulmuş Clare adlı qızın vəkilləri onun Kanada vətəndaşı kimi qeydə alınmasına çalışırdılar.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə