Sat. Nov 6th, 2021

Braziliya haqqında maraqlı faktlar

Bu ölkənin adı müxtəlif növlü Pau Brasil adlanan qırmızı ağacın adından yaranıb. Əvvəl bu ölkə Terra-de-Santa-Krus (müqəddəs xaç torpaqları) adı ilə tanınırdı. Ölkədə rəsmi dil portuqal dilidir.

Braziliyanın rəsmi dövlət dini yoxdur. Beləki, əhalinin 74 faizi katoliklərdir.

Braziliya paytaxtının layihəsi  dünyanın ən məşhur arxitektorlarından sayılan Oskar Nimeyer tərəfindən hazırlanmışdır. Zarafat deyil, nəhəng şəhər 3 il 5 ay müddətinə tikilib.

Bu da maraqlıdır: Pişiklər haqqında maraqlı məlumatlar

Braziliyanın ən iri şəhərləri San Paulu və Rio-de-Janeyrodur.

Rio-de-Janeyro adının mənası Yanvar Çayı mənasını verir.

Şəhərin ən hündür məkanından boylanan “Xilaskarın heykəli” dünyanın yeni yeddi möcüzəsindən sayılır.

Braziliyanın praktiki olaraq hər bir iri şəhəri kasıb rayonlarla əhatə olunub. Bu ərazilərə hətta polislər belə girməyə ehtiyat edirlər. Həmçinin Braziliya polisi sivil dövlətlər arasında ən qəddar polis işçiləri sayılırlar.

Braziliyalıların 74% əhalisi futbol azarkeşidir. Beləki Braziliya millisi bütün dünya çempionatlarında iştirak etmiş yegana milli komandadır və onlar 5 dəfə çempion olublar.

“Ok” jesti Braziliyada qəzəb və qıcıq mənasında işlədilir və təhqir sayılır.

Dünyada ən yaxşı kofe Braziliyada istehsal olunur. Beləki, 18-ci əsrə qədər bu ölkə kofenin nə olduğunu bilmirdilər. İlk dəfə 1727-ci ildə kofe Braziliyaya Fransa Qvineyasından gətirilib.

Braziliya həmçinin dünyanın ən böyük alma istehsalçısıdır.

Rio-de-Janeroda gecə 22:00-dan səhər 5:00-a qədər sürücülər qırmızı işıqdan rahat keçə bilərlər. Bu addım gecələr avtomobil soyğunçuluğu təhlükəsinin azaldılması məqsədi ilə atılır.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə