Sat. Aug 15th, 2020

Şengen vizası üçün tələb olunan sənədlər hansılardır?

VİZA MÜRACİƏTİ ETMƏK İSTƏYİRSƏN, ANCAQ HANSI SƏNƏDLƏRİN LAZIM OLDUĞUNU BİLMİRSƏN? O ZAMAN DİQQƏTLƏ OXU

  1. Lazımı qaydada doldurulmuş, tarixi qoyulmuş və imzalanmış qısamüddətli viza müraciəti blankı;
  2. Açıq fonda 3.5×4.5 formatda təzəliklə çəkilmiş 1 ədəd rəngli fotoşəkil (üzün ölçüsü çənənin aşağısından başın ortasınadək 32 mm və 36 mm arasında olmalıdır);
  3. 10 ildə verilmiş və vizanın etibarlılıq müddəti bitəndən sonra ən azı 3 ay etibarlı olan, 2 ağ səhifəsi olan pasportun əsli və sürəti;
  4. Son 3 ildə alınmış vizaların sürəti;
  5. Şəxsiyyət vəsiqəsinin (azərbaycan) əsli və hər iki üzünün sürəti;
  6. Gedişli/qayıdışlı təyyarə bileti sifarişinin əsli və sürəti;
  7. Şengen məkanı üçün etibarlı olan, viza müddətini + 2 günü əhatə edən, repatriasiyanı nəzərdə tutan tibbi sığorta, əsli+ sürəti (siğorta məbləği 30 min avro olmalı və repatriasiya nəzərdə tutulmalıdır).
  8. Mehmanxana sifarişi (turistin soyadı, adı, doğum tarixi, pasport nömrəsi və səfərin müddəti yazılmaqla, mehmanxana əməkdaşının imzası və mehmanxananın möhürü ilə təsdiqlənmiş sənəd).

SONRAKI TƏLƏB VİZA MÜRACİƏTİ EDƏNİN SOSİAL VƏZİYYƏTİNİ ƏKS ETDİRƏN SƏNƏDLƏRDİR. BURADA BİR NEÇƏ SƏNƏD TƏLƏB OLUNUR.

  1. İş yerindən arayış (işəgötürənin, müəssisənin blankında verdiyi, möhürlü, imzalı, tarixli və müəssisənin ünvanını, telefon nömrələrini və faksını aydın göstərən arayış (tərcüməsi ilə). Bu arayışda imza edənin və viza müraciəti edənin familiyası və vəzifəsi, işçinin maaşının miqdarı və müəssisədəki iş stajı göstərilməlidir);
  2. Viza müraciəti edənin maddi vəziyyətini əks etdirən son üç ay üçün bank hesabından çıxarış. Bank hesabı olmasa maaş barəsində arayış və ya daşınmaz əmlak olmasını təsdiq edən sənəd.

Bütün bu qeyd edilən sənədlərin hamısı bir əsli və bir sürəti olmaqla yığılıb səfirliyə təqdim edilir.

Qeyd: Səfirlik sizdən əlavə sənəd tələb edə bilər.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə