Fri. Oct 30th, 2020

Akademik Musiqili Teatr 111-ci mövsümünü “Ər və arvad” tamaşası ilə açdı-FOTO,VİDEO

Dünyanı cənginə alan koronavirus səbəbindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yeni mövsümünə fərqli başladı. Tamaşaçıların adət etdiyi teatr mövsümünün açılış mərasimi bu dəfə  vəziyyətə uyğun olaraq virtual məkanda baş tutdu.
Əvvəlcə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrsevərlərə videomüraciət edərək,  onları teatrın 111-ci mövsümün başlanması, eyni zamanda Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə təbrik etdi. Daha sonra o,  sosial şəbəkə izləyicilərini “Üzeyir Hacıbəyli həftəsi” çərçivəsində dahi bəstəkarın ölməz əsərlərindən biri  — “Ər və arvad” operettasına  baxmağa dəvət etdi.
Vurğulayaq ki, teatr  böyük Üzeyir bəyin  yubileyi münasibətilə sentyabrın 19-da “O olmasın, bu olsun”, 20-də isə  “Arşın mal alan” əsərlərini təqdim edəcək. Həmin tamaşalar da saat 19:00-da teatrın rəsmi “Facebook” səhifəsində onlayn nümayiş olunacaq.

https://www.facebook.com/akademikmusteatr/videos/674803456470277/

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə