Wed. Feb 24th, 2021

Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır (VİDEO)

Xalq rəssamı Xanlar Əhmədov Azərbaycanın görkəmli ictimai xadimi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin heykəlini hazırlayıb.
X.Əhmədov Baku TV-yə bildirib ki, bu işə böyük həvəslə başlayıb və yaratdığı obraz haqda çox araşdırma aparıb.
Xalq rəssamı heykəlin qoyulacağı ünvanın H.Z.Tağıyev obrazı ilə uzlaşdığını bildirib.
Qeyd edək ki, H.Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından X.Əhmədovun layihəsi qalib seçilib.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın incəsənət xadimlərinin bir qrupu ilə görüşündə H.Z.Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilib.
Dövlət başçısının imzaladığı sərəncamla görkəmli xadimin abidəsinin ucaldılmasına qərar verilib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə