Tue. Apr 20th, 2021

ABŞ alimləri ömrü uzatmağın asan yolunu tapdılar-PİYADA GƏZMƏK

Özünüzü yaxşı hiss etmək və müxtəlif xəstəliklərdən qorumaq üçün idmanla özünüzə işgəncə verməyiniz lazım deyil.
Ailetravel.net Express British Medical Journal-a istinadən xəbər verir ki, alimlərə görə, bunun üçün hər gün gəzintiyə çıxmaq kifayətdir.
Mütəxəssislər gəzinti vaxtı ilə ömür uzunluğu arasındakı əlaqəni araşdırıblar. 40-79 yaş arası 27 738 iştirakçı müşahidə edilib. 13 illik müddət ərzində onların məlumatları təhlil edilib və bu dövrdə gündə bir saat gəzən könüllülərin evdə daha çox və ya nadir hallarda az gəzənlərdən daha çox ömür sürdükləri məlum olub.
Əlavə edək ki, 2020-ci ildə ABŞ-ın elm adamları gündə daha çox addım atmağın daha aşağı ölüm nisbəti ilə əlaqəli olduğunu tapıblar. Təcrübədə gündə 8.000 və ya daha çox addım atan könüllülərin ölüm nisbəti 51% azalıb və gündə ən az 12.000 addım atanlar ölüm riskində 65%  azalmaya nail olublar.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə