Tue. Apr 20th, 2021

Dünyanın ən soyuq yaşayış bölgəsi – 70 dərəcə şaxtada həyat VİDEO

Türk bloger Ruhi Çenet və dostları insanların yaşadığı dünyanın ən soyuq bölgəsindən çəkiliş edib.

Rusiyanın şimal-şərqində Yakutiya muxtar respublikasında yerləşən Oymyakon qəsəbəsi insanların yaşadığı dünyanın ən soyuq yeri kimi qeyd edilib. Hava temperaturunun mənfi 70 dərəcəyə qədər endiyi Oymyakonda yaşamaq çox fərqli və bir o qədər də çətindir.

Küçədə çəkiliş aparan blogerlər qısa bir müddət donma dəhlükəsi ilə üz-üzə qalıb.

Burada avtomobil yolda qalarsa, sizi ölüm təhlükəsi gözləyir. Maşının mühərrikinin yağı bir neçə dəqiqədə donur. Ona görə də donmamaq üçün bütün təhlükəli vəziyyətlər nəzərə alınır.
(baku.ws)

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə