Tue. Apr 20th, 2021

Sumqayıtda iki küçənin kəsişdiyi yerdə maraqlı guşə-FOTO,VİDEO

Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki “Şəhidlər xiyabanı” ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar… Ailetravel.net bildirir ki, bu dialoq Nəbi Xəzrinin 1961-ci ildə yazdığı “Sumqayıt səhifələri” poemasında bədii dillə əks olunub

Maraqlıdır ki, sözügedən xəyali görüş səhnəsi SumqayItda reallığa çevrilib. Məhz həmin poetik görüş yerinin yaxınlığında  xalq şairimiz Səməd Vurğunun və böyük dramaturqumuz Cəfər Cabbarlının adlarını daşıyan küçələrin kəsişdiyi , binaların birləşdiyi yerdə görkəmli ədiblərimizin xatirəsinə ithaf  olunan  kompleks inşa olunub.

 

.

Sumqayıt cavan şəhər oldundan onun  tarixi abidələri elə də çox deyil.

Amma Sumqayıtda mədəniyyət abidələri sarıdan “korluq çəkmir” və şəhərdə  ən məşhur “Göyərçin” abidəsində başqa da memarlq abidələri az deyil ki, onlardan da biri  adıçəkilən abidədir. Kreativ oturacaqları olan  bu ürəkaçan  məkanı balaca istirahət yeri də adlandırmaq olar.

1970-ci ildə hazırlanan S.Vurğunla C.Cabbarlının “Poeziya guşəsi”ndə üz-üzə qorelyefləri, original  və diqqəti çəkən xatirə kompleksidir. Şəhərin 5-ci mikrorayonunda .binalrın tinində yerləşən  kompleksin ortasında “kitabda” Səməd Vurğunun şeirindən bir misra(Şirin bir xatirə tək qalacaqdır dünyada,Sevərək yaşayanlar, sevilərək ölənlər) və C.Cabbarlının (Ədiblərin fikri əsrləri qabaqlamalıdır) fikri həkk olunub.

Düzdür, mən deyirəm bu yer maraqlı yerdir,amma əslində  buradan nə qədər adam keçir, ola bilsin  çox az adam bu guşəyə diqqət edir . Amma fikirləşdim, yazım ,”Sumqayıtı tanıyaq”…

İmran Kərimli

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə