Tue. Apr 20th, 2021

Ukraynanın Poltava şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilmişdir-FOTO

Xocalı soyqırımının 29-ci ildönümü  dünyanın hər yerində olduğu kimi Ukraynada da yad olunub. Belə tədbirlərdən biri fevralın 26-da Ukraynanın Poltava şəhərinin məsçidində keçirilib.  Poltavada yaşayan Azərbaycanın diasporunun üzvü Hacı Elbrus Nəbiyevin ailetravel.net-ə verdiyi məlumata görə azərbaycanlılar tərəfindən təşkil olunan , soyqırım qurbanlarının xatirəsinə verilmiş ehsan süfrəsində Poltavada vilayətində yaşayan azərbaycanlılar və digər  Qafqaz xalqalarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə iştirak edən müsəlmanlar tərəfindən cümə namazı qılınmış, Xocalı soyqırımı qurbanları ehtiramla yad edilmiş, onların əziz ruhlarına müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr  və dualar oxunmuşdur.

Ehsan süfrəsində Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olması qeyd edilmiş və  bunun dünya ictimaiyyətinə çatdırılmasının lazımlığı vurğunlanmış, soyqırımla bağlı söhbətlər edilmişdir. Sonda  tədbir iştirakçıları ilə birgə Azərbaycan bayrağının fonunda xatirə şəkli çəkilmişdir.

 

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə