Fri. May 14th, 2021

Arıqlamaq üçün ən effektiv üsullar açıqlandı

Həyat tərzində bəzi dəyişikliklər arıqlamaq üçün effektiv üsul ola bilər.

Bu barədə alman diyetoloqlar “Fit for fun” jurnalına danışıblar. Nəşrin yeni sayında onlar ən effektiv üsulları açıqlayıblar:

Kalori çatışmazlığı yaratmaq. Alman diyetoloqlar məsləhət görür ki, əgər arıqlamaq istəyirsinizsə, rasionun kaloriliyini 150-300 kilokalori azaltmağa cəhd edin. “Buna, məsələn, aşağı qlikemik indeksli məhsullardan istifadə edərək nail olmaq olar”, – ekspertlər bildirir.

Sağlam yağlar və daim zülal qəbul etmək. Arıqlamaq üçün daha bir effektiv üsul – rasiona toxluq hissini uzun müddət saxlayan məhsullar (qoz, kətan və çia toxumları, avokado, kətan və zeytun yağları) əlavə etmək. Çox yağlı balığı həftədə bir dəfə yemək olar. Zülal tərkibli məhsullardan – yumurta, paxlalılar, aşağı yağlı kəsmik, ağ pendirlər və toyuq ətini qeyd etmək olar.

Çətin karbohidratlar yemək. Mərci, yulaf, qarabaşaq, kinoa, amarant və təzə kartofun tərkibində toxluq hissi yaradan liflər var. Bu məhsullar sağlam qida həzminə səbəb olur, orqanizmi həyati vacib maddələrlə təmin edir.

Fiziki məşq etmək. Həftədə 2-3 dəfə güc məşqi metabolizmi yüksəldir, əzələləri bərkidir və böyüdür. Bu isə sonunda arıqlama prosesinin sürətlənməsi ilə nəticələnir.

Yetərincə yatmaq. Yuxu çatışmazlığı stress hormonu – kortizolun ifrazına gətirib çıxarır. Bu isə yüksək kalorili qəlyanaltıların yeyilməsinə gətirib çıxaran güclü yorğunluq, əhval düşkünlüyünə səbəb olur. “Qayda belədir – arıqlamaq üçün effektiv yuxu sutkada 7-8 saatdan az olmamalıdır”, – alman tibb mütəxəssisləri qeyd edib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə