Fri. May 14th, 2021

İtlər haqda bunları bilmək vacibdir

İtlər dostcanlı varlıqlardır və dünyaya gəldikləri andan etibarən insanlara qarşı məhəbbət duyurlar. Yer üzünə bu cür dünyaya gələn tək canlılar itlərdir. Bəs bizi bu qədər çox sevən itlər haqqında hansı məlumatları bilirik?

* Yeni aldığınız və ya sahibləndiyiniz bir itin sizi dərhal mənimsədiyinin fərqinə varırsınız. Onun sahibi olduğunuzu hiss etdikdə, hər yerdə sizin əşyalarınızla vaxt keçirəcək. Çünki sahibinin qoxusunu çoxdan mənimsəyib və bu qoxu onu rahatlandırır.

İtlər insanların yaxşı və sadiq dostlarıdır. İnsanlar da itlərdən müəyyən bir məqsəd üçün istifadə edə bilərlər.

*Qoxu alma duyğusu çox olan itlər ümumi olaraq k9 iti adlandırılır. K9 itləri polislərə köməkçi olur və onların məqsədləri üçün istiqamətləndirilirlər. Soyuq iqlimlərdə yaşayan itlər xizəklərə qoşularaq, insanları harasa aparmaq məqsədilə istifadə olunur. Bu cür itlər gündə 150 ​​km yol getmə bacarığına malikdirlər.

İtlərə qulluq haqqında 6 praktik məlumat

*İnsanlar qədər olmasa da, itlər də üşüyür. Tüklü olmaları onların üşüməmələri demək deyil. Xüsusilə xarici məkanda yaşayan itlərin şübhəsiz ki, it damı olmalıdır.

*İtlərinizin tüklərini darayın. Bu, həm onların xoşuna gələcək, həm də aranızda bağ yaradacaq.

*Metal qablar yerinə plastik qablar istifadə edin. Soyuq hava günlərində itin dili qaba yapışa bilər. İsti hava günlərində isə qab isinib itin dilinin yanmasına səbəb olar.

*İtinizə zaman ayırmağa çalışın. Gündə ən az 2 dəfə çölə çıxıb gəzməsini təmin edin. Üzərinə sahibi ilə əlaqə qurmaq üçün məlumatları və adını yazın.

*İtinizin sizə bağlı olmadığını düşünürsünüzsə, demək, ona kifayət qədər vaxt ayırmırsınız. Sizə daha çox bağlanmasını təmin etmək üçün ona çox vaxt ayırın.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə