Sat. May 15th, 2021

Avropa ölkələrinə səyahət üçün əsas şərt açıqlandı

Avropa İttifaqı (Aİ) ölkələri Avropa Dərman Agentliyinin təsdiqlədiyi COVID-19 preparatları ilə vaksin olunan turistləri qəbul edəcək.

“The New York Times”ın məlumatına görə, bu barədə Aİ Komissiyasının sədri Ursula von der Leyen bəyan edib.

O, digər preparatlarla peyvənd olunan turistlər üçün Aİ siyasətinin necə olacağını açıqlamayıb.

“Bir məsələ tam aydındır: Aİ-yə daxil olan 27 ölkənin hamısı Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dərmanlarla vaksinasiyadan keçənləri qeyd-şərtsiz qəbul edəcək”, – deyə o bildirib.

Aİ nümayəndəsi, səyahətin yenidən başlanmasının vaxtının hələ də epidemioloji vəziyyətə bağlı olduğunu əlavə edib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə